17 iyun 2013 01:26
Arif Əsədov: Rəqiblərimiz güclü komandalardı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov Avstriyada həyata keçirəcəkləri təlim-məşq toplanışı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“İyunun 21-23-də Bakıda toplaşıb, ilkin hazırlıq keçəcəyik. Daha sonra isə 8 günlük Avstriya toplanışımız olacaq. Hazırlıq prosesi çərçivəsində üç yoxlama görüşü keçirəcəyik. Rəqiblərimiz güclü komandalar olacaq. Məsələn, “Admir” və “Şturm”da bizim futbolçulardan 2-3 yaş böyük oyunçular çıxış edəcəklər. Bu toplanış və yoxlama oyunları bizim üçün hazırlıq xarakteri daşıyır. Ona görə də bütün futbolçuları sınamağa çalışacağam”.