16 iyun 2013 13:26
Yığmamızın hücumçusu Bucaspora keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara Türkiyənin “Sivasspor” klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, onun “Bucaspor”a keçmək ehtimalı yaranıb.
Super Liqa təmsilçisi hazırda “Bucaspor”un hücumçusu Alparslan Erdemi transfer etməyə çalışır. Lakin Buca klubu oyunçusunu Sivasa müəyyən məbləğdə pul və “Sivasspor”un bir oyunçusunun müqabilində yollamağa razıdı. Sivaslıların qarşı tərəfə verməyə razı olduğu futbolçular arasında Cihanın da adı var.
