16 iyun 2013 13:48
“Bu il məqsədimiz yarımfinala vəsiqə qazanmaqdı”
Yetirmələri İBA U-14 Cup turnirində çıxış edəcək “İnter” UGFM-nin U-14 komandasının baş məşqçisi Hikmət Hüseynov komandasının yarışa hazırlığı barədə danışı, turnirin işitrakçıları haqqında fikirlərini bölüşüb və digər suallara cavab verib. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
“Azərbaycan Çempionatının başa çatmasından sonra futbolçulara 15 günlük istirahət vermişdik. Sonra “İnter” UGFM-nin rəhbərliyi birlikdə komandanın turnirə hazırlıq planını tərtib etdik. Futbolçular bir araya toplaşdılar və birlikdə turnirə yaxşı hazırlaşdılar. Hazırlıq çərçivəsində bir neçə yoxlama matçı keçirdik.
Bizim komanda ötən il keçirilən turnirdə iştirak etmişdi. O zaman turnirdə Avropanın güclü klubları mübarizə aparırdılar, lakin indi yarışın səviyyəsi daha da gücləndi. Bu il turnirə Avropanın müxtəlif ölkələrindən bir çox komanda qatılacaq və hər komandanın özünəməxsus oyun tərzi var. Bizim əsas vəzifələrimizdən biri bu komandaların təcrübələrini mənimsəməkdir. Mənimsədiyimiz təcrübələri komandamızın oyununda tətbiq etmək lazımdır.
Ötən il biz turnirin yarımfinal mərhələsinə çıxa bilmişdik, lakin qrupun son matçında komandamız “Rubin”ə yenildi və təsəlliverici yerlər uğrunda mübarizə aparmağa məcbur oldu. Bu il daha uğurla çıxış etmək istərdik. Başlıca məqsədimiz yarımfinala vəsiqə qazanmaqdı.
Fürsətdən istifadə edərək, güclü komandalara qarşı gücümüzü sınamaq imkanını vermiş klub rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Belə turnirlərin digər klublar tərəfindən keçirilməsini də istərdim, çünki belə yayışların təcrübəsi qiymətsizdi”. (klub saytı)
