17 iyun 2013 10:55
İtaliya və İspaniya da qələbə ilə başladı (YENİLƏNİB)
Braziliyada təşkil olunan futbol üzrə Konfederasiyalar Kuboku davam edir. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.
A qrupunda Meksika İtaliya millisi ilə qarşılaşıb. İtaliya təmsilçisi çətin qələbəyə sevinib. Bu oyundan 3 saat sonra isə B qrupunda İspaniya Uruqvayla üz-üzə gəlib. Bu görüşdə də son qitə çempionu 3 xala sevinən tərəf olub.
Konfederasiyalar Kuboku
16 iyun
A qrupu
Meksika - İtaliya - 1:2 (1:1)
Qollar: Çikarito, 34-pen - Pirlo, 27, Balotelli, 78.
B qrupu
İspaniya - Uruqvay - 2:1 (2:0)
Qollar: Pedro, 21, Soldado, 31 - L.Suares, 88.
