16 iyun 2013 14:06
AFFA-nın qəbul etmədiyi oyuna stadion tapıldı
Türkiyə Futbol Federasiyası (TFF) Super Kubokun final matçının keçiriləcəyi stadionu müəyyən edib. Azerisport.az xəbər verir ki, AFFA-dan müsbət cavab almayan TFF “Galatasaray” və “Fenerbahçe” qarşılaşmasını Atatürk Olimpiya Stadionunda keçirəcək.
80597 sayda azarkeş tutumuna malik olan stadionun tribunaları hər iki klub üçün bərabər bölünəcək.
Qeyd edək ki, İsveç və Makedoniya finalı ölkələrində keçirmək üçün TFF-yə müraciət etmişdi. Lakin, federasiya bunu qəbul etməyərək hər iki ölkənin futbol federasiyalarına təşəkkürünü bildirib.
