17 iyun 2013 18:09
Simurq adında dəyişiklik etdi
“Simurq” rəsmi adında dəyişiklik edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi bundan sonra Peşəkar Futbol Klubu deyil, Peşəkar İdman Klubu adlandırılacaq.
"Simurq" bununla regionda futbolla yanaşı, digər idman növlərinində inkişafına öz töhfəsini verəcək. Zaqatala Olimpiya İdman Kompleksində təşkil olunacaq məşqlərə qatılan idmançılar respublika səviyyəli yarışlarda iştirak edəcək, komandanın adından Zaqatalanı təmsil edəcəklər. (klub saytı)
