17 iyun 2013 19:49

Qarabağın düşərgəsində iki yeni futbolçu

Avropa Liqasının hazırlığını Türkiyədə davam etdirən “Qarabağ”ın düşərgəsinə iki yeni futbolçu qoşulub. Azerisport.az xəbər verir ki, onlardan biri Gürcüstan millisinin üzvü, 27 yaşlı Nikolas Gelaşvilidi.
 
27 yaşlı oyunçunu “İmarət” fan-klubunun üzvləri qarşılayıb və “Qarabağ”ın oyunçusu kimi ilk fotosunu çəkiblər. Onunla iki illik müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Nikolas karyerasına Gürcüstanın “VİT-Georgia” klubunda başlayıb (2003-2004, 6 oyun). Daha sonra “Kaxeti”də (2004-2005, 28 oyun, 8 qol) çıxış edən Qelaşvili 2005-ci ildə “VİT-Georgia”ya dönüb (2005-2007, 51 oyun, 25 qol). 2008-2012-ci illərdə “Zestafoni”nin əsas (105 oyun, 63 qol) və əvəzeidici komandasında (3 oyun, 1 qol) çıxış edən forvard 2012-ci ildə Almaniyanın “Bohum” klubuna keçib və II Bundesliqada 25 oyunda 2 qola imza atıb. O, bundan başqa “Bohum”un ikinci komandasının heyətində Regional Liqada 2 oyuna çıxıb.
 
Nikolas 2005-2006-cı illərdə Gürcüstan U-21-nə (7 oyun, 1 qol), 2007-ci ildən A milliyə dəvət alıb. Qətərlə oyunda debüt edən Qelaşvili 11 dəfə milli formanı geyib. Baş məşqçi Timuri Ketsbaya onu iyunun 2-də və 5-də İrlandiya və Danimarka ilə oyunlara dəvət edib. İrlandiyaya qarşı 61 dəqiqə oynayan Nikolas Danimarka matçının 87-ci dəqiqəsində meydana çıxıb.
 
Digər futbolçu isə Konqo əsilli hücumçu Ulriç Kapolonqodu. 24 yaşlı hücumçu komandada baxışdadı. Məşqçi heyətinin ümidlərini doğruldacağı halda, onunla müqavilə imzalanacaq. Qeyd edək ki, Kapolonqonun son klubu İordaniyanın Şabab Al Ordo komandası olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.