17 iyun 2013 22:45
İnter məğlubiyyətlə başladı, Beşiktaşla Vilyareal qələbə qazandı (YENİLƏNİB)
Bu gün Bakıda İBA Cup U-14 turniri start götürüb. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə 1-ci turun 4 matçı keçirilib.
A qrupunda “Beşiktaş” “Karpatı” ilə qarşılaşıb və rəqibini darmadağın edib. Qrupun digər oyununda isə turnirin təşkilatçısı “İnter” “Ayntraxt”la üz-üzə gəlib. Təmsilçimiz ilk oyunundan məğlub ayrılıb.
B qrupunda “Yurqorden” Tiflis “Dinamo”su, “Vilyarreal” “Partizan”la münasibətlərinə aydınlıq gətirəcək.
İBA Cup
Qrup məərhələsi
17 iyun
A qrupu
Beşiktaş (Türkiyə) – Karpatı (Lvov, Ukrayna) – 9:0
Ayntraxt (Frankfurt, Almaniya) – İnter (Azərbaycan) – 1:0
B qrupu
Yurqorden (İveç) – Dinamo (Tiflis, Gürcüstan) - 0:0
Vilyarreal (İspaniya) - Partizan (Serbiya) - 3:2
Qeyd edək ki, turnirin bütün oyunları “Şəfa” stadionunda keçirilir.
