17 iyun 2013 11:35

“Belə şəraitdə qısa müddət ərzində normal komanda yaratmaq mümkünsüzdü”

Bakıda keçiriləcək hərbçilərin dünya çempionatına hazırlaşan Azərbaycanın hərbçilərdən ibarət yığma komandasının baş məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
 
- Komandanın heyətinə “Bakı”nın birdən-birə doqquz futbolçusunun düşməsi nə ilə bağlıdı?
- “Bakı”nın futbolçularına ona görə üstünlük vermişik ki, bu komandanın üzvləri avrokuboklarda iştirak etməyəcəklər. “Neftçi”nin bazasında hazırlaşırıq. Hələlik gündə iki məşq keçirik.
 
- Komandanızın heyətini nə vaxt açıqlayacaqsız?
- Hələ bütün klublar oyunçularını komandaya buraxmayıblar. Məsələn, “Simurq”dan üç futbolçuya dəvət göndərsək də, onlar yığmaya qoşulmayıblar. Bu məsələ tezliklə həllini tapmalıdı. Vaxt bizim əleyhimizə işləyir. Mənə isə bu heyəti sınamaq lazımdı.
 
- Hazırlıq üçün yadadılan şəraitdən razısız?
- Mənim üçün bu komandaya rəhbərlik etmək böyük şərəfdi. Təşkilatçılıqla bağlı üzləşdiyim problemlərdən danışmaq istəmirəm. Belə şəraitdə qısa müddət ərzində normal komanda yaratmaq mümkünsüzdü. Bu məsələyə diqqətlə yanaşmaq lazımdı. Futbolçular mövsümdən sonra yorğundular. Onlara istirahət lazımdı. Amma turnirin təşkilatçıları komanda barədə ciddi düşünməlidilər. Əks halda dünya çempionatında necə çıxış edəcəyimizi bilmirəm.
 
- Bəs nə etmək istəyirsiz?
- Heç mən də bilmirəm komandanı hazırlaşdırım, yoxsa problemlərin həlli haqda düşünüm. Təsəvvür edin ki, heç futbol ləvazimatları da tapa bilmirik.
 
- Bəs rəqibləriniz barədə informasiya toplaya bilmisiz?
- Hələ yox. Bu barədə informasiyanı təşkilat komitəsindən ala bilərik. Çünki bütün iştirakçıların heyəti onlarda olacaq. Bizə heç də asan olmayacaq. Meydan sahiblərinə həmişə çətin olur. Çünki ev sahiblərindən həmişə nəticə gözlənilir. Komandamın potensialı barədə heç nə deyə bilmərəm. Amma istənilən halda mümkün qədər yaxşı çıxış etməyə çalışacağıq.
 
- Əgər sirr deyilsə, qarşınıza hansı vəzifə qoyulub?
- Rəhbərliklə bu barədə danışığımız olmayıb. Bizə hələlik təşkilati məsələləri həll etmək lazımdı.
 
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda İraq, Mali və Kanada ilə qarşılaşacaq. Bakıdakı dünya çempionatın iyunun 30-dan iyulun 16-dək davam edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.