18 iyun 2013 00:03
Neftçi ilə çempion oldu, Paraqvayda evləndi (FOTO)
“Neftçi” ilə müqaviləsinin müddəti başa çatan Erik Ramos evlənib. Azerisport.az xəbər verir ki, paraqvaylı oyunçu vətənində nigah masasına əyləşib.
Qeyd edək ki, “Neftçi”də icarə əsasında çıxış edən Ramosun müqaviləsi başa çatıb. Paytaxt klubu onu yenidən heyətinə qatmaq istəsə də, tərəflər maliyyə məsələlərində anlaşa bilmir.
