17 iyun 2013 11:54
Kalonas: Mən artıq Bakının futbolçusuyam
"Rəvan”ın litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas növbəti mövsümdən “Bakı”nın şərəfini qoruyacağını təsdiqləyib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim “Rəvan”la müqaviləm var idi. Amma klub rəhbərliyi ilə bunu həll etdim və “Bakı”ya keçdim. Artıq bu komandanın futbolçusuyam. “Bakı”da özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Bu komandada da qollar vuracağıma, məhsuldar ötürmələr edəcəyimə şübhəm yoxdu. Yeni komandama faydalı olmağa çalışacağam. İyunun 24-də Bakıya qayıdacağam. Ayın 25-dən etibarən isə yeni mövsümün hazırlıqlarına start verəcəyik”.