18 iyun 2013 00:09
Ruslan Abışov Avstriyaya gedir
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Abışovun istirahəti başa çatır. Azerisport.az xəbər verir ki, futbolçu bu gecə Bakını tərk edib.
Bakıdan İstanbula, ordan isə Avstriyanın Zaltsburq şəhərinə uçan Abışov bu ölkədə təlim-məşq toplanışında olan “Rubin”in düşərgəsinə qoşulacaq. Onun bu gün Slovakiyanın “Spartak” klubu ilə yoxlama oyununda meydana çıxması isə inandırıcı görünmür.
Qeyd edək ki, “Rubin”in baş məşqçisi Qurban Berdıyev milli üzvlərinə bir həftəlik əlavə istirahət vermişdi.
