18 iyun 2013 00:18
Xəzər Lənkəran: harada və nə vaxt?
Mövsümlərarası yay fasiləsində istirahətdə olan “Xəzər Lənkəran” bu gün Bakıda bir araya gələcək. Azerisport.az xəbər verir ki, paytaxtın “Modern” otelində toplaşacaq komanda 18-dən 19-na keçən gecə saat 4:00-da Bakı- İstambul reysi ilə Türkiyəyə yollanacaq.
Daha sonra İstambulun Atatürk hava limanından Münhenə uçacaq “Xəzər Lənkəran” Bavariya vilayətinin mərkəzindən Misbah şəhərciyinə qədər olan 60 km-lik yolu avtobusla qət edəcək.
“Xəzər Lənkəran” təlim-məşq toplantısında bu şəhərciyin “Hotel Best Western Premier Bayerischer Hof Miesbach”da məkunlaşacaq. (12-ci oyunçu)
