17 iyun 2013 12:30
Bakının yeni baş məşqçisi gələn həftə komandanı bir araya gətirəcək
“Bakı”nın yeni mövsüm üçün hazırlıq planlarında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, “zolaqlılar” iyunun 30-da yox, ayın 25-də bir araya gələcək.
Bu, paytaxt klubunun yeni baş məşqçisi təyin olunması gözlənilən Milinko Pantiçin istəyi ilə ediləcək. Gələn həftə ölkəmiz gələcək və “Bakı” ilə müqavilə imzalayacaq serbiyalı mütəxəssis ictimaiyyətə təqdim olunan kimi komandasını təlim-məşq toplanışına yığacaq.
