18 iyun 2013 00:41
Həsənzadə Neftçiyə keçməyə tələsmir
Azərbaycan çempionu “Neftçi” Saşa Stamenkoviçə əvəzləyici tapıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu futbol üzrə Azərbaycan millisinin sabiq qolkiperi Cahangir Həsənzadəni transfer etmək istəyir.
Artıq tərəflər xeyli müddətdi bu keçidlə bağlı danışıqlar aparırlar. Amma Həsənzadə “ağ-qaralar”a razılıq verməyə tələsmir. Çünki o, ehtiyatda qalmaq istəmir və daha sərfəli təklif gözləyir.
Qeyd edək ki, Cahangir son mövsümdə AZAL-da çıxış edib. Lakin müqaviləsinin müddəti başa çatdığı üçün hazırda azad agentdi. “Təyyarəçilər” ona yeni təklif ünvanlasa da, Həsənzadə daha aşağı şərtlərlə bu komandada qalmaq istəmir.
