18 iyun 2013 00:46
İnterin Avstriyadakı ilk rəqibi bəlli oldu
“İnter”in Avstriyadakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, bu gün "bankirlər" toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.
Bu oyunda Kaxaber Sxadadzenin komandası Avstriyanın "SV İnnsbruk" klubuyla üz-üzə gələcək.
Qeyd edək ki, “SV İnnsbruk” Avstriyanın gücünə görə 4-cü liqasının Tirol zonasında mübarizə aparır. Komanda ötən mövsümdə 30 qarşılaşmada 43 xal toplayıb və bu nəticə ilə "SV İnnsbruk" 16 komanda arasında 8-ci olub.
Əlavə edək ki, "İnter" - "SV İnnsbruk" matçı Avstriya vaxtı ilə saat 19:00-da başlayacaq.
