17 iyun 2013 13:11
Saşa Yunisoğlu özünə yeni klub tapdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, futbolçu bundan sonra “Sumqayıt”ın şərəfini qoruyub.
Tərəflər artıq tam razılığa gəliblər. “Sumqayıt” bu gün Saşa ilə rəsmi müqavilə imzalamalıdı. Yunisoğlu ilə bir illik müqavilənin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, Saşa Yunisoğlunun son komandası AZAL olub.
