17 iyun 2013 13:37

Neftçi braziliyalı futbolçu ilə iki illik müqavilə imzalayacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi” ilk transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, çempion 29 yaşlı Karlos Kardosonu rənglərinə bağlayıb.
 
Paytaxt klubu bu gün tam adı Karlos Alexandre Kardoso olan braziliyalı futbolçu ilə iki illik müqavilə imzalayacaq.
 
Qeyd edək ki, ampluaca müdafiəçi olan Kardoso peşəkar karyerasına yerli “Komersial”da başlayıb. 2003-2006-cı illərdə bu komandanın uğurları üçün tər tökən futbolçu ardından Portuqaliya “Eştrela”sı ilə anlaşıb. “Üçrənglilər”in formasında 2006-2008 aralığında 8 matça çıxan cənubi amerikalı 1 dəfə rəqib qapılarına yol tapıb. Ardından Rumıniya “Panduri”sinə keçən Kardoso yeni komandasının simvollarından birinə çevrilib.
 
“Panduri”də kapitan sarğısını daşıyan müdafiəçi “şaxtaçılar”ın heyətində 106 oyuna çıxıb və bu müddətdə 7 dəfə rəqib qapılarına yol tapıb. 2012-ci ilin yayında Vladiqafqaz “Alanıya”sına yetərincə samballı qiymətə transfer olunan braziliyalı şəhərdəki ümumi duruma uyğunlaşa bilmədiyi üçün rəhbərliyə müraciət edərək, formasında 8 matça çıxdığı Rusiya klubundan getmək istədiyini bildirib və vətəninə dönərək A seriyasında çıxış edən “Vitoria”ya pənah aparıb. Solaxay mərkəz müdafiəçisi həm müdafiənin cinahlarında, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq bacarığı ilə seçilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.