18 iyun 2013 01:15
İnterin Avstriya toplanışı: 3-cü gün (FOTOREPORTAJ)
Məlum olduğu kimi, “İnter” hazırda Avstriyada təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, Tirol toplanışının üçüncü günü 2 məşqdən ibarət olub.
Komanda saat 10:30-da və 17:30-da məşqə çıxıb. Səhərki məşq isnimə hərəkətlərlə başlayıb, daha sonra “İnter” futbolçuları fiziki tapşırıqları yerinə yetiriblər. Axşam məşqində isə oyunçular daha çox topla məşq ediblər və bir neçə komandaya bölünərək kiçik qapılara futbol oynayıblar.
Qeyd edək ki, bu gün "İnter" toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.
