18 iyun 2013 21:40
Beşiktaş İnterə də divan tutdu (YENİLƏNİB)
Bakıda təşkil olunan İBA Cup U-14 turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günündə daha 4 matç keçirilib.
İlk oyununda məğlub olmuş “İnter” bu dəfə “Beşiktaş”la qarşılaşıb. Türkiyə təmsilçisi bu oyunda da darmadağına sevinib. Qrupun digər oyununda isə “Ayntraxt”la “Karpatı” üz-üzə gəlib və 2 cavabsız qolla qalib gəlib.
B qrupunda da “Dinamo” “Vilyarreal”a, “Yurqorden” isə “Partizan”a böyük hesabla uduzub.
İBA Cup
18 iyun
A qrupu
İnter (Azərbaycan) – Beşiktaş (Türkiyə) - 0:5
Ayntraxt (Almaniya) – Karpatı (Ukrayna) - 2:0
B qrupu
Dinamo (Tiflis, Gürcüstan) –Vilyarreal (İspaniya) - 0:4
Yurqorden (İsveç) - Partizan (Serbiya) - 1:6
Qeyd edək ki, turnirin bütün oyunları “Şəfa” stadionunda keçirilir.
