18 iyun 2013 23:25
İnter Avstriya klubuna 8 cavabsız qol vurdu (YENİLƏNİB)
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, "bankirlər" Avstriyanın "SV İnnsbruk" klubuyla üz-üzə gəlib.
Qeyd edək ki, “SV İnnsbruk” Avstriyanın gücünə görə 4-cü liqasının Tirol zonasında mübarizə aparır. Komanda ötən mövsümdə 30 qarşılaşmada 43 xal toplayıb və bu nəticə ilə "SV İnnsbruk" 16 komanda arasında 8-ci olub.
Bu komanda ilə görüş "bankirlər"in asan qələbəsiylə başa çatıb. Kaxaber Sxadadzenin yetirmələri rəqib qapısından 8 cavabsız qol keçiriblər.
Yoxlama oyunu
18 iyun
İnter - SV İnnsbruk - 8:0
