17 iyun 2013 13:58
Con Toşak Almaniyada güclü komandalarla qarşılaşmaq istəmir
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran” sabahdan etibarən bu turnirin, eləcə də yeni mövsümün hazırlıqlarına start verəcək. Azerisport.az xəbər verir ki, komanda üzvləri Almaniyada bir araya gələcəklər.
Qeyd edək ki, cənub təmsilçisi Almaniyada iki hazırlıq matçı keçirməyi planlaşdırır. Həmin görüşlər iyunun 28-də və 30-da keçirilməlidi. Amma rəqiblərin kimliyi hələlik dəqiqləşməyib.
Bu arada baş məşqçi Con Toşakın bu görüşlərdə güclü rəqiblərlə qarşılaşmaq istəmədiyi bəlli olub. Baxmayaraq ki, Berti Foqtsun vətənində daha güclü komandalarla qarşılaşmaq imkanı da var. Uelsli mütəxəssis isə Avroliqa ərəfəsində futbolçularını mümkün zədələrdən qorumaq üçün nisbətən zəif rəqiblərlə oynamağı məqsədəuyğun hesab edir.
