17 iyun 2013 14:19
Bohumun və Gürcüstan millisinin forvardı Qarabağda (FOTO)
“Qarabağ”ın hücum xəttinini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Gürücüstan yığmasının üzvü Nikolos Qelaşvilini komandasında görmək istəyir.
Hazırda 27 yaşlı forvardla danışıqlar davam edir. Bu haqda Almaniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Nikolas karyerasına Gürcüstanın “VİT-Georgia” klubunda başlayıb (2003-2004, 6 oyun). Daha sonra “Kaxeti”də (2004-2005, 28 oyun, 8 qol) çıxış edən Qelaşvili 2005-ci ildə “VİT-Georgia”ya dönüb (2005-2007, 51 oyun, 25 qol). 2008-2012-ci illərdə “Zestafoni”nin əsas (105 oyun, 63 qol) və əvəzeidici komandasında (3 oyun, 1 qol) çıxış edən forvard 2012-ci ildə Almaniyanın “Bohum” klubuna keçib və II Bundesliqada 25 oyunda 2 qola imza atıb. O, bundan başqa “Bohum”un ikinci komandasının heyətində Regional Liqada 2 oyuna çıxıb.
Nikolas 2005-2006-cı illərdə Gürcüstan U-21-nə (7 oyun, 1 qol), 2007-ci ildən A milliyə dəvət alıb. Qətərlə oyunda debüt edən Qelaşvili 11 dəfə milli formanı geyib.
