17 iyun 2013 14:31
Olympiakosun oyunçusu Azərbaycan klubuna gəlir (FOTO)
Yunanıstanın “Olympiakos” klubunun yarımmüdafiəçisi Çumbinyo karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, son olaraq icarə əsasında “Atromitos”da çıxış etmiş braziliyalı futbolçuya hazırda bir sıra klublardan təkliflər var.
Amma 1986-cı ildə anadan olmuş orta sahə oyunçusuna ən real təklifin Azərbaycan klubundan edildiyi bildirilir. Lakin həmin klubumuzun adı açıqlanmır.
Qeyd edək ki, tam adı Marinaldo Çiçero da Silva olan futbolçunun ilk klubu “San Paulo” olub. O, 2006-cı ildə “America-SP” və “Kashima Antlers” klublarında icarədə çıxış edib. 2007-ci ildə isə “Coritiba” və “Ponte Preta”da top qovub. 2008-ci ildə “Rio Claro”ya keçən Çumbinyo 2008–2009 mövsümünü “Leixoes”də keçirib. 2009-2010 mövsümündə “Ethnikos”da çıxış edən yarımmüdafiəçi 2010-cu ildən “Olympiakos”dadı. Amma o, bu komandada bir oyuna da çıxmayıb və son üç ildə “Panserraikos”, “OFI Crete”, “Levadiakos” və “Atromitos” klublarında icarədə olub.
