17 iyun 2013 15:04
“Növbəti matçlarda daha yaxşı oynamağa cəhd göstərəcəyik”
Bakıda təşkil olunan 14 yaşlı futbolçular arasında İBA Cup turniri çərçivəsində keçirilmiş "İnter" - "Ayntraxt" matçından sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Hikmət Hüseynov oyun haqqında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları dilə gətirib:
"Oyun maraqlı alındı. Birinci hissədə müdafiədə yaxşı oynadıq, boşluqların yaranmasına imkan vermədik. İkinci hissədə sürəti artırtıq, rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Lakin standart vəziyyətdən qol buraxdıq. Rəqib fiziki cəhətdən güclü olduğunu nümayiş etdirdi. Ruhdan düşməyərək növbəti oyunlarda daha yaxşı oynamağa cəhd göstərəcəyik".