17 iyun 2013 15:26
Neftçiyə daha bir təbrik məktubu (FOTO)
“Neftçi”yə daha bir təbrik məktubu gəlib. Azerisport.az xəbər verir ki, bu dəfə Yunanıstanın “Olimpiakos” klubu komandanı Azərbaycan çempionu, eləcə də ölkə kubokunun qalibi olması münasibətilə təbrik edib.
“Olimpiakos” klubunun prezidenti Evanqelos Marinakisin adından “Neftçi”nin prezidenti Sadıq Sadıqova ünvanlanan məktubda deyilir: “Olimpiakos” FK-nın ailəsi adından, məktubunuza görə Sizə minnətdarlığımızı bildiririk, eyni zamanda, uzun və gərgin yarış mövsümündə (2012/13), Azərbaycan Premyer Liqası və Azərbaycan kubokunda qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Sizə və klubunuza gələcəkdə uğurlar arzulayırıq”.
