17 iyun 2013 15:42
Neftçi beynəlxalq turniri qalibi oldu
“Neftçi”nin yeniyetmələri beynəlxaq turnirin qalibi olublar. Azerisport.az klub saytına istinadən xəbər verir ki, məşqçi Eldəniz Məmmədovun yetirmələri olan 2000-ci il təvəllüdlü futbolçulardan ibarət komanda 15 iyun Qurtuluş Gününə həsr olunmuş 7-ci “Qurtuluş kuboku” turnirini qazanıb.
Qrupda “Qarabağ” və “Əlincə”ni 3:0 hesabları ilə məğlub edən “Neftçi” həlledici oyunda “İnter” üzərində 2:0 hesablı qələbə qazanaraq, kuboku başlı üzərinə qaldırıb. Digər qrupda “Neftçi” İSM və Tiflis “Dinamo”su da mübarizə aparıb.
