17 iyun 2013 15:56
Neftçinin yarımmüdafiəçisi digər Azərbaycan klubuna keçir
“Neftçi”nin sabiq yarımmüdafiəçisi Xose Luis Kabion karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onun digər paytaxt klublarından birinə keçməsi gözlənilir.
Ötən qış “Neftçi”yə transfer olunsa da, heyətdə möhkəmlənə bilməyən və yayda komandadan uzaqlaşdırılan Kabion hazırda Bakıdadı. Onun klublarımızdan biri ilə danışıqlar apardığı və tezliklə müqavilə imzalayacağı bildirilir.
