17 iyun 2013 16:29

Karlos Kardoso: Neftçi ilə daha böyük zəfərlər qazanmaq istəyirəm

“Neftçi”nin yeni transferi Karlos Kardosonun azerisport.az saytına müsahibəsi
 
- “Neftçi” barədə ilkin təəssüratlarınız necədi?
- Komandaya yeni gəlmişəm. Hələlik gördüklərim məni sevindirir. Xüsusilə də rəhbərliyin diqqəti. Klubda yaxşı şərait var. Ümid edirəm ki, bu komandanı seçdiyimə görə sonralar fəxr edəcəm.
 
- Azərbaycan çempionundan aldığınız təklifə ilkin reaksiyanız necə oldu?
- Etiraf edim ki, ölkəniz haqda çox az bilirdim. Bu üzdən də kompüterin qarşısında əyləşib ölkəniz, Bakı, “Neftçi” barədə məlumat toplamağa başladım. Xüsusilə şəhərlə çox maraqlandım. Axı mən burda yaşamalı olacağam. Bakı çox xoşuma gəldi. Gözəl şəhərdi. Yeni şəhər, yeni komanda, bircə qalır yeni komandamla uğur qazanmaq.
 
- Əgər sirr deyilsə, “Neftçi”nin təklifi üzərində çox düşündünüz?
- Dediyim informasiyaları toplayandan sonra razılaşmaq qərarına gəldim. Çünki komanda ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ora düşmək isə heç də asan məsələ deyil. İstərdim ki, bu komanda ilə daha böyük zəfərlər qazanaq.
 
- Bunun üçün komandaya yaxşı hazırlıq keçmək lazımdı?
- Bu, mənim üçün də çox vacibdi. Mən burda özümə qarşı hörmət görürəm. Amma komandanın qarşısında böyük hədəflər durur. Buna nail olmaq heç də asan başa gəlməyəcək. Qarşımıza Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq hədəfi var. Heyəti gücləndirib, yaxşı hazırlıq keçib, bu hədəfimizə yaxınlaşa bilərik.
 
- Çempionatımız haqda nə bilirsiz?
- Düzünü deyim ki, çox az şey bilirəm. Bir neçə komanda arasında güclü rəqabətin getdiyindən xəbərdaram. “Neftçi” son mövsümdə çətinliklə çempion olub. İndi bu uğuru mənimlə təkrarlamaq lazımdı (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.