17 iyun 2013 16:52
Simurqun futbolçuları milli komandaya niyə qoşulmur?
Xəbər verdiyimiz kimi, “Simurq”un üç futbolçusu hərbçilərdən ibarət Azərbaycan yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, bunlar İlkin Qırtımov, Tural Axundov və Rəşad Eyyubovdu.
Lakin onlar hələ də yığmamızın düşərgəsinə qoşulmayıblar. Bunun səbəbini Zaqatala klubunun mətbuat xidmətindən öyrənməyə çalışdıq. Məlum oldu ki, Tural Axundov “Simurq”a yenicə gəldiyi üçün onun komandaya uyğunlaşması lazımdı. Hələ “Rəvan”ın sabiq kapitanı yeni komandasındakı baş məşqçisi ilə də görüşməyib.
Eyyubov U-21-in heyətindən zədəli qayıtdığına görə milliyə qoşulmayacaq. Qırtımov isə hazırda öz gələcək karyerasına aydınlıq gətirməyə çalışır.
