17 iyun 2013 17:25
Qırtımov Simurqda oynamaq istəmir
“Simurq”un müdafiəçisi İlkin Qırtımov Zaqatala klubundan ayrılmaq istəyir. Azerisport.az xəbər verir ki, onun klubla müqaviləsinin müddəti başa çatmasa da, başqa kluba keçməkdə maraqlıdı.
Lakin hələ onunla bağlı heç bir klubdan “Simurq”a rəsmi təklif gəlməyib. Hər şeyə futbolçunun klub prezidenti ilə görüşündən sonra aydınlıq gələcək.
