17 iyun 2013 17:44
Sadıq Sadıqov: Kardoso ilə kifayətlənmək niyyətində deyilik
“Neftçi”nin yeni transferi Karlos Kardoso bu gün klubun bazasında olub və “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşüb. Azerisport.az xəbər verir ki, klub prezidenti yeni transferlə bağlı klubun rəsmi saytına açıqlama verib:
“Bilirsiniz ki, “Neftçi”nin hədəfləri hər zaman böyük olub. Əminəm ki, Kardoso “Neftçi”nin hədəflərinə uyğun futbolçudu. Bu oyunçu həm daxili çempionatda, həm də Çempionlar Liqasında komandamızın gücünə güc qatacaq. Lakin Kardoso ilə kifayətlənmək niyyətində deyilik. Çempionlar Liqasında azarkeşlərimizi sevindirmək və uğurla çıxış etmək üçün heyətimizi daha da gücləndirəcəyik”.
