17 iyun 2013 17:51
“Neftçi bu mövsüm də tarix yazacaq və mən bu tarixin bir parçası olacağam”
“Neftçi”nin yeni transferi Karlos Kardoso klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları deyib:
“Bakıya ilk görüşdən heyran qaldım. Bura gəlməzdən öncə “Neftçi” haqda məlumat toplamışdım. Ardıcıl üç mövsüm çempion olan və Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən klubun formasını geyinmək məsuliyyətimi artırır. Mənə başqa klublardan da təkliflər çox idi. Bu gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm. Onunla söhbətdən sonra bir daha əmin oldum ki, seçimim doğrudur. Ümid edirəm ki, “Neftçi” bu mövsüm də tarix yazacaq və mən də bu tarixin bir parçası olacağam”.
