18 iyun 2013 18:07

Arif İsayev: Türkiyə Super Liqasında oynamaq istəyirəm

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayevin azerisport.az saytına müsahibəsi
 
- Necə istirahət edirsiz?
- Hər şey yaxşıdı. Xaricdə çıxış etdiyimə görə, hazırda evdə istirahət edirəm.
 
- Təsadüfən küçədə insanlar sizə yaxınlaşıb DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Lüksemburqla görüşə görə fikir bildirmir?
- (gülür) Tanımadığım adamlarla ünsiyyətim olmur. Amma dost-tanış elə ilk görüşdəcə narazılığını bildirdi.
 
- Niyə bu oyunda meydana çıxmadınız?
- Bu, baş məşqçinin qərarı idi. Şəxsən mən komandaya kömək etməyə hazır idim.
 
- Hələ bu oyun öncəsi baş məşqçi Berti Foqtsun verdiyi açıqlamadan da sizin oynamayacağınızı hiss etmək olardı. O, Qətərlə görüşdə sizin çıxışınızı bəyənmədiyini bildirmişdi...
- Ola bilər. Dohada çox isti idi. Ola bilər ki, bu, mənim də oyunuma təsirsiz ötüşmədi.
 
- Foqts sizin inamsızlığınızdan və aqressiv olmamağınızdan şikayətlənmişdi...
- Hər şey qaydasındadı. Ola bilər ki, həmin oyun zamanı xeyli müddət komandadan kənarda qalmağım öz sözünü dedi. İnamla bağlı məndə heç bir problem yoxdu.
 
- Klubunuzun düşərgəsinə nə vaxt qayıdacaqsız?
- İyulun 5-də Dənizlidə toplaşacağıq. Böyük ehtimalla Türkiyədə hazırlıq keçəcəyik. Harasa getməyin mənası yoxdu. Çünki az qala bütün Avropa yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə gəlir.
 
- Süleyman Ukray yenidən “Denizlispor”un prezidenti seçildi...
- O, yeganə namizəd idi. Ona görə də başqa nəsə gözləməyə də dəyməzdi.
 
- Bu, sizinlə Rail Məlikovun ona münasibətdə hansısa dəyişikliyə səbəb olmayacaq ki?
- Mənim üçün fərqi yoxdu. Onunla münasibətlərim yaxşıdı. Pulumuzu vaxtı-vaxtında verir (gülür).
 
- Amma onun rəhbərliyi altında klubunuz heç də iddialı deyil...
- Məndə olan məlumata görə, komanda yeni mövsümdə Super Liqaya vəsiqə uğrunda mübarizə aparacaq. Bunu transferlərdən də başa düşmək olar. Rəhbərlik heyəti gücləndirməyə çalışır.
 
- Bəs siz yeni mövsüm üçün qarşınıza hansı hədəfləri qoymusuz?
- Super Liqada oynamaq istəyirəm. “Denizlispor”la olub-olmamasının fərqi yoxdu. Amma elə bu komandayla Super Liqaya yüksəlmək daha yaxşı olardı.
 
- Yeri gəlmişkən, Branimir Subaşiç də “Orduspor”a keçməyə çox yaxındı...
- Eşitmişəm. Fikrimcə, o, özünü yaxşı tərəfdən göstərə biləcək. Bizim futbolçular Türkiyədə nə qədər çox olsa, bir o qədər yaxşıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.