18 iyun 2013 18:15
Azərbaycan millisi Bolqarıstan ilə yoldaşlıq oyunu keçirəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bolqarıstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma Bolqarıstanda təşkil olunacaq. Oyunun avqustun 14-də keçirilməsi nəzərdə tutulub.
