18 iyun 2013 18:22
Mingəçevir və Lənkəranda seçim turu yekunlaşdı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Bakcell şirkəti tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında seçim turları təşkil olunub. Azerisport.az xəbər verir ki, seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.
Mingəçevir və Lənkəran şəhərlərində keçirilmiş seçim prosesində seçilmiş uşaqların siyahısını diqqətinizə çatdırırıq:
Xəlilli Nihad Nöfər oğlu
Ələkbərov Murad Mikayıl oğlu
Mirzəliyeva Nigar Müsabir qızı
Allahverdiyev Samir Elçin oğlu
Rəfili Vasif Hafis oğlu
Fəttayev İbrahim Rafiq oğlu
Muxtarov Cəfər Namiq oğlu
Abdullayev Ramin Rafayel oğlu
Məmmədov Elgiz Firdovsi oğlu
Abbaszadə Cavid Zahir oğlu
