18 iyun 2013 18:38
U-15 Liqasına yekun vuruldu
Bayıl stadionunda keçirilmiş oyunlarla AFFA-nın U-15 qızlar Liqasının cari mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, III yer uğrunda qarşılaşmada Zaqatala və Sumqayıt komandaları üz-üzə gəlib.
6:5 hesabı ilə qalib gələn Zaqatala komandası mövsümü III pillədə başa vurub.
Final oyununda İmişli və Təhsil komandaları qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən İmişli komandası 4:1 (ümumi nəticədə 6:3) hesabı ilə qələbə qazanaraq AFFA-nın U-15 qızlar Liqasının qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
