18 iyun 2013 18:50
Qəbələnin Türkiyədəki rəqibləri bəlli oldu
Növbəti mövsümə Türkiyədə hazırlaşacaq “Qəbələ” qardaş ölkədə üç yoxlama oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, Yuri Syominin çalışdıracağı komandanın artıq hər üç rəqibi məlumdu.
Bunlardan biri yerli “Trabzonspor”du. “Qəbələ” sözügedən komanda ilə iyulun 10-da üz-üzə gələcək.
Digər iki rəqib də Türkiyə klublarıdı. Azərbaycan təmsilçisi “Mersin İdmanyurdu” və “Antalyaspor”la da üz-üzə gələcək. Amma bu görüşlərin dəqiq tarixi hələ bəlli deyil.
