18 iyun 2013 11:12

“Qarabağa Nikolas Kanales kimi hücumçu lazımdı”

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanovun azerisport.az saytına müsahibəsi
 
- İstirahətiniz necə keçdi?
- İki həftə mənə bəs etdi. Futbol üçün darıxırdım. Axı bu da bizim işimizdi.
 
- Türkiyə toplanışı necə gedir?
- Gündə iki məşq edirik. Kifayət qədər maraqlı keçir. Avropa Liqasının startına qədər xeyli vaxt var. Bütün gücümüzlə məşq edib, rəsmi oyunlara qədər tam hazır olmalıyıq.
 
- Legionerlər komandaya qoşulublar?
- Hələlik yalnız Muaremlə Varvodiç. Qalanları bir qədər gec gələcək.
 
- “Qarabağ”ın əsas problemi yaxşı hücumçunun olmamasıdı. Siz bununla bağlı nə düşünürsüz?
- Klubumuz bu problemi həll etmək üçün çalışır. Mən də belə hesab edirəm ki, bizə mütləq hücumçu almaq lazımdı. Özü də vuran ayağı olan hücumçu.
 
- Nikolas Kanales kimi?
- Olar.

- “Qarabağ”dan avrokuboklarda nə gözləyək?
- Zaman göstərəcək. Ümid edirəm ki, bizim yeni futbolçularımız komandaya qısa zaman ərzində uyğunlaşa biləcəklər və Avroliqada faydaları çox olacaq.
 
- “Neftçi” ötən il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla digər klublarımızı da qarşılarına daha yüksək hədəflər qoymağa məcbur etdi...
- Mən də bir Azərbaycan vətəndaşı kimi buna çox sevindim. Allah eləsin ki, bütün klublarımız “Neftçi”nin bu uğurunu təkrarlaya bilsinlər. Şəxsən mən belə bir uğura “Qarabağ”la nail olmağı çox istəyirəm.
 
- Bəs buna özünüz nə dərəcədə hazırsız?
- Allaha şükür ki, özümü yaxşı hiss edirəm. Bir qədər də artırmaq istəyirəm. Əgər hər bir futbolçu öz oyununu yaxşılaşdırsa, yeni mövsümün daha uğurlu alınacağına inanıram.
 
- Yeni mövsüm üçün şəxsi hədəfiniz varmı?
- Sadəcə komandama hər bir oyunda kömək etmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.