19 iyun 2013 00:01
İnter qalmaqallı oyunçusu ilə bağlı bəyanat yaydı
“İnter” hələ də komandanın sıralarına dönməyən Brüs Abdulay ilə bağlı bəyanat yayıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumatda bunlar bildirilib:
“Komandanın müdafiəçisi Brüs Abdulay hələlik toplanışda iştirak etmir. Lakin klub rəhbərliyi onun məşq prosesinə qoşulacağını gözləyir. Qeyd etmək istəyirik ki, B.Abdulay 2012-ci ilin yayında "İnter"lə 2 illik müddətinə müqavilə imzalayıb və həmin razılaşma qüvvədədi. Futbolçu ilə klub arasında münasibətlərin indiki vəziyyəti və gələcəyi qüvvədə olan hüquqi sənədə görə müəyyənləşdiriləcək”.