19 iyun 2013 00:06
TFF Azərbaycanla bağlı qərar verdi
Türkiyə Futbol Federasiyası yeni mövsüm üçün ölkə çempionatlarında əcnəbi futbolçuların statusu ilə bağlı qərar qəbul edib. Azerisport.az xəbər verir ki, bu barədə TFF rəsmi açıqlama yayıb.
Qərarda Azərbaycanla bağlı da məqam var. TFF-nin qərarında bildirilir ki, PTT 1-ci liqada klublar 3 əcnəbi futbolçu ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan vətəndaşı olan 2 futbolçu ilə yerli oyunçu statusu ilə müqavilə imzalaya bilər. Klublar 18-liyə adıçəkilən ölkələrdən 2 və 3 cənəbi futbolçunun adını daxil edə bilər.
