19 iyun 2013 00:12
Hollandiya millisinin sabiq üzvü Qarabağda
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın düşərgəsinə daha bir futbolçu gəlib. Azerisport.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan Ağdam klubunun düşərgəsindəki yeni oyunçu Leroy Georgedi.
Tam adı Leroy Martin Covanni George olan 26 yaşlı forvard Hollandiyanın “Nijmegen” klubundan gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Leroy 2006-2010-cu illərdə “Utrecht” klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə “Nijmegen”ə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib.
26 yaşlı forvard Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb. 2009-cu ildə isə o, Surinam yığmasına cəlb olunub.
