19 iyun 2013 00:18

Bahodir Nasimov yığmada dubl etdi

Futbol üzrə Özbəkistan millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, özbəklər Qətəri qəbul ediblər.
 
Oyun Özbəkistanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 37-ci dəqiqədə qonaqlar açıblar. 60-cı dəqiqədə “Neftçi”nin hücumçusu Bahodir Nasimov komnada yoldaşı Aleksandr Qeynrixi əvəzləyib və meydana çıxan kimi bərabərliyi təmin edib. 12 dəqiqə sonra Oleq Zoteyev fərqlənib. 74-cü dəqiqədə “Neftçi”nin hücumçusu dublunu rəsmiləşdirib. 14 dəqiqə sonra Adil Əhmədov hesabı 4:1-ə çatdırıb. Son nöqtəni isə son dəqiqələrdə Uluqbek Bakayev qoyub.
 
Bu qələbəyə baxmayaraq, Özbəkistan birbaşa Dünya çempionatına vəsiqə qazana bilməyib. Buna səbəb İranın səfərdə Cənubi Koreyaya qalib gəlməsi olub. Özbəkistan 14 xalla üçüncü pilləni tutur. İkinci pillədəki Cənubi Koreyanın da 14 xal var. İran isə 16 xalla qruppa liderlik edir. Özbəklər DÇ-2014-ə vəsiqə uğrunda play-off mərhələsində mübarizə aparacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.