19 iyun 2013 00:34
Millimizdən imtina etdi, İran yığmasının formasını geyindi
“Qəbələ”nin sabiq üzvü Fərzad Hatəmi İran millisində debüt edib. Azerisport.az xəbər verir ki, “İstiqlal”ın formasını geyinən forvard ötən gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Cənubi Koreya ilə keçirilən oyunda meydana çıxıb.
Cənub qonşumuz səfər oyununda koreyalılara 1:0 hesabı ilə qalib gəlib. Ehtiyatda qalan Fərzad 90+2-ci dəqiqədə meydana çıxıb və bununla da İran millisində debüt edib.
Qeyd edək ki, Fərzad 2008/09 mövsümündə “Qəbələ”də çıxış edib və 22 oyunda 8 qola imza atıb. Cənubi Azərbaycandan olan futbolçuya həmin vaxt millimizdə oynamaq təklif olunsa da, bundan imtina edib. O, bu ilin əvəlində “Traktorsazi”dən keçdiyi “İstiqlal”da 25 oyun keçirib və 10 qola imza atıb.
