18 iyun 2013 12:37
İnter daha bir futbolçusunu yola saldı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” daha bir futbolçusu ilə vidalaşıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu ötən həftə yarımmüdafiəçi Aleksandr Qross ilə yollarını ayırıb.
Klub və oyunçu arasında 2014-cü ilədək müqavilə qüvvədə idi. Lakin qarşılıqlı razılığa əsasən razılışmaya son qoyulub.
Məlumatı klubun rəsmi saytı da yayıb.
