18 iyun 2013 12:51
İnterdən ayrılan futbolçu: Çox şeyi anladım
“İnter”dən ayrılan yarımmüdafiəçi Aleksandr Qross bununla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“İnter”ə minnətdarlığımı bildirmək istəyirəm. Bu klubda 4 il keçirdim. Kluba gələndə 14 yaşım vardı. İndi mənim 20 yaşım var və “İnter”də keçirdiyim bu 4 il ərzində yaddaşımda ancaq yaxşılıq qaldı. Həmin yeniyetmə yaşımda yaxşı məşqçinin rəhbərliyi altında oynamaq çox vacib idi və bu, mənə nəsib oldu. “İnter”in əsas komandasının bütün məşqçilərinə, xüsusilə də Kaxaver Sxadadzeyə minnətdarlığımı bildirmək istəyirəm. Təqribən 3 il onun rəhbərliyi altında meydançaya çıxdım və ötən müddət ərzində ondan istər futbol planında, istərsə həyat planında çox şey öyrəndim. “İnter” taktiki və fiziki hazırlıq səviyyəsinə görə, meydançada nizam-intizama və müdafiədə oyuna görə həmişə fərqlənir. Bu məşqçinin rəhbərliyi altında və təcrübəli oyunçuların yanında qazandığım keyfiyyətləri karyeramda mütləq mənə lazım olacaq. Etiraf edim ki, əvvəllər həyata baxışlarım fərqli idi. Malik olduğumu o qədər qiymətləndirmirdim. İndisə çox şey dəyişdi, çox şeyi anladım. “İnter”in rəhbərliyinə və ayrıca prezident Georgi Nikolova minnətdarlığımı bildirmək istəyirəm. Bu insanlar məni həmişə dəstəklədilər. Əlbəttə mənim üçün “İnter” futbol klubundan da artıqdı. İndi mənə oynamaq, U-21-dəki yerimi qaytarmaq lazımdır, irəliyə addımlamaq vacibdi. Bəzi təkliflər var və ümid edirəm ki, məndə alınacaq. Bir daha “İnter”ə uğurlar arzulayıram”.