18 iyun 2013 13:14
İnterin itkin düşən futbolçusu hələ də qayıtmayıb
“İnter”in müdafiəçisi Brüs Abdulay hələ də paytaxt klubunun sıralarına qayıtmayıb. Azerisport.az xəbər verir ki, “bankirlər”in Türkiyədə həyata keçirdiyi ilk təlim-məşq toplanışına qatılmayan futbolçunun Avstriyadakı hazırlıqlarda iştirakı gözlənilirdi.
Amma fransız müdafiəçi ikinci təlim-məşq toplanışına da qatılmayıb. Əldə etdiyimiz məlumata görə, Abdulay baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında oynamaqda maraqlı deyil və özünə başqa klub axtarır.
