19 iyun 2013 00:57
İmişli Azərbaycan çempionu oldu (VİDEO)
Xəbər verdiyimiz kimi, AFFA-nın U-15 qızlar Liqasının cari mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, III yer uğrunda qarşılaşmada Zaqatala və Sumqayıt komandaları üz-üzə gəlib. 6:5 hesabı ilə qalib gələn Zaqatala komandası mövsümü III pillədə başa vurub.
Final oyununda İmişli və Təhsil komandaları qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən İmişli komandası 4:1 (ümumi nəticədə 6:3) hesabı ilə qələbə qazanaraq AFFA-nın U-15 qızlar Liqasının qalibi olub.
