19 iyun 2013 01:11
Ruslan Abışov oynamadı, Rubin qələbə qazandı
Futbol üzrə Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avstriyadakı təlim-məşq toplanışında daha bir yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Slovakiyanın "Spartak" klubu ilə qarşılaşıb.
Ruslan Abışovun iştirak etmədiyi görüş Rusiya təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:1.
Qeyd edək ki, "Rubin" Avstriyada növbəti matçını iyunun 22-də Rumıniyanın “Steaua” klubuna qarşı keçirəcək. Komandasının düşərgəsinə ötən gün qoşulan Abışovun da həmin görüşdə iştirakı istisna deyil.
