19 iyun 2013 01:23
AZAL-dan növbəti transfer (FOTO)
Bakının AZAL klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Murad Ağayevin keçidini artıq tam həll edib.
Qeyd edək ki, Ağayev “Sumqayıt”a məxsus idi. Bu üzdən “təyyarəçilər” Muradı almaq üçün xeyli müddət idi qarşı tərəflə danışıqlar aparırdı. Artıq danışıqlar müsbət nəticələnib və AZAL Ağayevlə iki illik müqavilə bağlayıb.
Qeyd edək ki, bu yay xeyli futbolçusu ilə yollarını ayıran “təyyarəçilər” Ağayevlə yanaşı “Simurq”dan ayrılan Qərib İbrahimov və Aleksandr Şemonayevi heyətinə qatıb.
